AP26111398495903 scaled 1
İsrailin Likud Partiyası Knesset sədrliyinə deputat Ofir Katzı namizəd göstərib. Bununla o, bu axşam keçirilməsi planlaşdırılan səsvermədə Ayzenkotun blokundan olan namizəd Matan Kahanaya rəqib olub.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Kahananın Qadi Ayzenkotun rəhbərlik etdiyi blokdakı dörd partiyanın, eləcə də ərəb deputatların dəstəyi ilə səs çoxluğunu qazanacağı gözlənilir.

Baş nazir Benyamin Netanyahunun rəhbəri olduğu Likud Partiyası isə yaydığı bəyanatda Ayzenkotu və onların solçu blok adlandırdığı qrupu birtərəfli qaydada sədr seçməyə cəhd etməkdə ittiham edib.

Partiya həmçinin bildirib ki, Kahanaya ərəb partiyaların nümayəndələrini sədr müavini təyin etməməsi şərtini irəli sürüb. Lakin Kahana onların təklifini rədd edib.

Likud bu partiyaları terroru dəstəkləyən partiyalar adlandırıb.

Paylaş: