Mövqelərimizə 500 metr məsafədə təxribat – İran detalı

“Zavodun tikilməsi üçün ərazini sahibkarların özləri seçirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat Nazirliyindən Arazdəyəndə tikintisi planlaşdırılan metallurgiya zavodu barədə suala cavab olaraq bildiriblər.

Tikinti işlərini aparan “GTB Steel” şirkətinin rəhbəri Tiran Akopyanın sözlərinə görə, zavodu mövqelərdən bir qədər aralı tikmək daha yaxşı olardı, lakin artıq qərar verilib.

Ararat icmasının rəhbəri Aslan Avetisyan isə bu ərazinin dəmiryoluna və İranla sərhədə yaxınlığına görə seçildiyini deyib.

Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədin, demək olar ki, 500-600 metrliyində metallurgiya zavodu tikməsi birmənalı qarşılanmır. Zavodun yeri kimi sözügedən ərazinin seçilməsi isə Ermənistanın təxribat xarakterli fəaliyyətini bir daha ortaya qoyur.

Tamerlan Yayaqan
Globalinfo.az