minaaxtaran qadinlar

Bakıda “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbir çərçivəsində qadın minatəmizləyənlərin 4-cü sertifikatlaşdırma mərasimi keçirilib.

Maraqlıdır, minaaxtaran qadınlar hansı əsaslarla seçilir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sədri Hafiz Səfixanov qeyd edib ki, kriteriyalar hamı üçün eynidir:

Hafiz Səfixanov: “Cənubi Qafqazda ən çox azərbaycanlılar mina qurbanı olub”  - Busaat.az

Hafiz Səfixanov

“Kişilər üçün hansı kriteriyalar tələb olunursa, gender bərabərliyinə uyğun olaraq qadınlarda da eyni əsaslar tələb olunur. Minaaxtaran şəxslərdə əsas diqqət edilən məqamlar psixoloji və fiziki cəhətdən sağlamlıq, təlimlərdə yüksək nəticələr göstərmək və imtahanların uğurla verilməsidir. Bundan sonra həmin şəxslər işə qəbul olunur.

Noyabrın 28-də Azərbaycanın minaaxtaran qadınlarının sertifikatlaşdırılması baş tutmuşdu. Həmin şəxslər sadalanan kriteriyalara uyğun idilər.

İngiltərənin Minalar üzrə Məsləhət Qrupunun (MAG) mütəxəssisləri tərəfindən Tərtərdə qadın minaaxtaranlara təlim keçirilib. Sentyabr ayında isə mina təmizləmə prosesinin monitorinqi baş tutub. Həmin qadınlar kişilərlə çiyin-çiyinə minaların təmizlənməsində iştirak ediblər.

Hazırda 28 mina təmizləyən qadın fəaliyyət göstərir. Təlimlərə cəlb olunan 40 qadından yuxarıda sadalanan kriteriyalara uyğun olan 28 nəfər qaldı. Onlar da bu gün mina təmizləmə prosesində iştirak edirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: