1000046566

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində ilk oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, B liqasının 5-ci qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburq seçməsinə qarşı keçirəcək.

Paylaş: