Məşhurların 33 il əvvəlki fotosu yayıldı

Əməkdar artist Rafael İsgəndərov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, o, şəxsi İnstaqram hesabında azərbaycanlı məşhurlarla birlikdə olan arxiv fotosunu paylaşıb.

İsgəndərovun istifadəçiləri ilə bölüşdüyü foto 33 il əvvəl lentə alınıb.

O, paylaşıma, “1990-cı il. I kurs. Tələbəlik illəri”, – sözlərini də əlavə edib. Sözügedən fotoda Rafael İsgəndərovla yanaşı həmkarı əməkdar artist Coşqun Rəhimov, aparıcı Azər Axşam, meyxanaçı Vüqar Əbdülov və Səbuhi Rəhimli yer alıb.

Əməkdar artistin illər əvvəl çəkilən fotosu sosial şəbəkə izləyiciləri tərəfindən bəyənilərək maraqla qarşılanıb.