ankara abisi cem ozkok olayi nedir ankara abisi 1d691a0580 amp

Türkiyədə sosial yardım kampaniyaları ilə tanınan Yasin Oyanık və təmizlik videoları ilə məşhurlaşan sosial media fenomeni Cem Özkök qanunsuz maliyyə əməliyyatları və çirkli pulların yuyulması ilə bağlı araşdırmada gündəmə gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

İddialara görə, “Ankara abisi” ləqəbi ilə tanınan Yasin Oyanık və Cem Özkök şəxsi bank hesabları və yaratdıqları dərnəklər vasitəsilə 2 milyard lirədən çox vəsaitin qanunsuz dövriyyəsində iştirak ediblər. Həmçinin külli miqdarda pulun xaricdəki qanunsuz təşkilatlara köçürüldüyü bildirilir.

Məlumata əsasən, istintaq çərçivəsində Yasin Oyanık saxlanılıb. Bununla belə, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Cem Özkök isə hüquqi proseslə əlaqədar ətraflı məlumat verməkdən yayınaraq ona qarşı irəli sürülən iddiaları qəbul etməyib. O, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

8G8rrIvvcUvbuZhkjJtNIsJDfqqY1loLqylJaQFS 640

Əliyar Xəlil 

Globalinfo.az

Paylaş: