elon tilting midterms

Amerikalı milyarder İlon Mask “SpaceX” şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində yenidən trilyonçu statusunu itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, çərşənbə axşamı səhər saatlarına olan göstəricilər Maskın xalis sərvətinin təxminən 26,3 milyard dollar azaldığını göstərib. Buna səbəb “SpaceX” səhmlərinin qiymətindəki eniş olub.

Beləliklə, Mask trilyonçu statusunu bərpa etdikdən cəmi dörd gün sonra yenidən bu statusdan məhrum olub.

Əliyar Xəlil 

Globalinfo.az

Paylaş: