Türkiyə ikitərəfli münasibətlərdə narazılıq doğuran məsələlərlə bağlı Rusiya və ABŞ arasında danışıqları qəbul etməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.
“Türkiyə ikitərəfli münasibətlərdə narazılıq doğuram məqamlarla bağlı danışıqlar üçün Rusiya və ABŞ-a məkan təqdim etməyə hazırdır. Bununla belə tərəflərdən müvafiq müraciət daxil olmayıb”, – deyə məlumatda vurğulanıb.
Bildirilib ki, rəsmi Ankara Moskva və Vaşinqton arasında kritik təmaslara ev sahibliyi etməyə hər zaman hazır vəziyyətdədir.