
Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Yəmənin paytaxtı Sənanın qərbində husilərin nəzarətində olan neft anbarını üç dəfə hədəfə alıb.
Globalinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası genişmiqyaslı hərbi əməliyyatın keçiriləcəyini bildirərək mülki əhalini Sənada yerləşən Yəmən Neft Şirkətinin obyektini tərk etməyə çağırıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının qırıcıları Yəmənin qərbindəki Hüdeydə vilayətində də Yəmən Neft Şirkətinə məxsus stansiyaya zərbələr endirib.
Əliyar Xəlil