
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turunda baş tutacaq “Atletiko Madrid” – “Mançester Yunayted” qarşılaşmasından əvvəl bir dəqiqəlik sükut elan ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, bu qərar “Atletiko Madrid”in kapitanı Kokenin anası Ana Merodio Borxanın və klubun gənclər komandasının sabiq məşqçisi Borxe Resurreksyonun vəfatı ilə əlaqədardır.
Yaşadığı ağır itki səbəbindən Koke qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.