tehran

“Azərbaycanda hicab (baş örtüyü) məsələsinə yalnız dünyəviliyin təbliğatı və ya dini inanc məsələsi kimi baxsaq, yanılmış olarıq. Bəs bütün dinlərə və mədəniyyətlərə geniş azadlıq verən bir ölkə olan Azərbaycan necə oldu ki, hicaba qadağa qoydu?” (məktəbdə, -red).

Globalinfo.az xəbər verir ki, bunu Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün feysbuk hesabındakı paylaşımda bildirib.

O qeyd edib ki, bunu anlamaq üçün İranla müharibənin genişlənən cəbhəsini, “hüseynilərdən husilərə” qədər dini qrupları və bu qrupların ən çox fəaliyyət göstərdiyi Azərbaycanın geosiyasi vəziyyətini yaxşı başa düşmək lazımdır:

“Husilərdən başlayaq, çünki onlar hazırda gündəmdədirlər. Husilər (rəsmi olaraq Ənsarullah) Yəməndə yaranan Zeydi Şiə İslamçı siyasi və hərbi təşkilatıdır. Regional strategiya baxımından onlar İranın rəhbərlik etdiyi “Müqavimət Oxu”nun bir hissəsidir və birbaşa İranın geosiyasi maraqlarına xidmət edir. İranla Azərbaycan arasında ən böyük əlaqə şiəlikdir. Husilər indi Səudiyyə Ərəbistanına hücum edirlər. Bunu əslində kimin adından edirlər? Əlbəttə ki, İran adından. Husilər Livanda ikinci administrasiya kimi tanınırlar. Lakin dünya onları Livanda rəsmi hökumət kimi tanımır. Buna görə də, Husilər əslində həm dövlət, həm də qeyri-rəsmi dövlət kimi çıxış edirlər.

İndi təsəvvür edin ki, bu struktur Azərbaycan tərəfində də tətbiq olunur. Yəni təsəvvür edin ki, Azərbaycanda rəsmi Bakı hökumətinə qarşı “Xomeyni və ya husilər” kimi strukturlar qurulur. Deyə bilərsiniz ki, “bu mümkün deyil, cəfəngiyatdır!” Bunu deyirsinizsə, deməli, fars düşüncə tərzini heç anlamırsınız.

selcuk duzgun 0

Selçuk Düzgün

Bəs bunun mümkün olduğunu düşünməyə nə əsas verir? Qadağadan sonra mütəşəkkil və uzun illər təşkilatlanmış şəkildə Azərbaycanda küçələrə çıxan böyük izdihamı və həmin strukturların dövlət qurumlarına hücum etdiyini görəndə məsələ sadəcə şübhə olmaqdan kənara çıxır”.

S.Düzgünün sözlərinə görə, bu hicab məsələsi Türkiyənin keçdiyi prosesə heç bənzəmir:

“Türkiyədə hicab taxmaq azadlığını istəyən heç kim məktəblərə basqın etməyib, dövləti təhdid etməyib və ya başqa üsullara əl atmayıb. Onlar uzun illər öz hüquqlarını tələb ediblər və bunu qanuni yollarla ediblər (hətta qanun onların tərəfində olmasa belə). Azərbaycanda isə belə bir qadağanın olmamasına və qanunun onları qorumasına baxmayaraq, anidən verilən qərara qarşı zorakı reaksiya yuxarıda qeyd olunan şübhələrin konkret təzahürüdür”.

O əlavə edib ki, Azərbaycandakı hicab böhranı yalnız ölkənin dünyəvi təhsil modelini qorumaq səyləri və nəticədə yaranan ictimai reaksiya ilə bağlı deyil:

“Bu, regional müharibə planının Azərbaycanı hədəf alan bir hissəsidir. Bu, İranla əlaqəli radikal şiə qruplarının qlobal və regional əməliyyatıdır. İran Yəməndə öz maraqlarına xidmət etmək üçün husi hərəkatını qurduğu və dəstəklədiyi kimi, dünyəvi rejimi devirmək və şiə teokratiyası qurmaq məqsədi ilə Azərbaycanda radikal qrupları maliyyələşdirir, təlim verir və hətta silahlandırır. İran bunu çox gizli və məharətlə edir.

Dövlətlər bəzən müəyyən şeyləri ortaya çıxarmaq üçün maraqlı addımlar atırlar. Azərbaycan hökumətinin qərarından sonra ortaya çıxan faktlar bu addımın göstəricisidir. Hicabla bağlı qərarın verilməsi vaxtına bir də bu cür baxın”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: