Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) yaponiyalı jurnalisti casusluq şübhəsi ilə saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, yaponiyalı jurnalist Yujno-Saxalinsk şəhərində saxlanılıb.
Saxlanılan şəxs Yaponiyanın “Hokkaido Shimbun” qəzetinin müxbiridir. Onun adı açıqlanmayıb.
FTX-nin məlumatına görə, jurnalist Rusiyanın müdafiə potensialı ilə bağlı məlumatlar toplayıb. O, ölkəni tərk etməyi planlaşdırdığı vaxtdan qısa müddət əvvəl saxlanılıb, daha sonra isə Moskvaya aparılıb.
Əliyar Xəlil