raket

Pakistan ordusu uzaqmənzilli “Fatah-2 ER” hipersəsli ballistik raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dawn” nəşri Pakistan silahlı qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Fatah-2 ER” müasir naviqasiya sistemləri ilə təchiz olunub. Raket hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir, onun trayektoriyası və manevr imkanları düşmənin raket əleyhinə müdafiə sistemlərini dəf etməyə imkan verir.

Hərbi idarədən bildirilib ki, “Fatah-2 ER” raketinin artırılan mənzili ordunun düşmən ərazisinin dərinliklərindəki hədəfləri məhv etmək imkanlarını gücləndirəcək. Raketin digər texniki xüsusiyyətləri açıqlanmır. Sınağı Ordunun Raket Komandanlığının komandanı, general-leytenant Nauman Zakariya, ordunun yüksək rütbəli zabitləri, alimlər və mühəndislər izləyiblər. Mətbuat xidmətindən bildirilib ki, komandan alim və mühəndislərin əməyini və texniki ustalığını yüksək qiymətləndirib.

Xatırladaq ki, Pakistan ötən həftə də ölkədə hazırlanan yerüstü qanadlı “Fatah-IV” raketinin təkmilləşdirilən versiyasının uğurlu sınaqdan keçirildiyini elan edib.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: