
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın vəzifəsindən ayrılacağı təqdirdə bu posta namizədlər arasında göstərilən Arda Turan “Şaxtyor Donetsk”dən ayrılmaq niyyətində olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.
Arda Turan uzun müddətdən sonra ətrafında belə bir həmrəyliyin yaranmasının onu sevindirdiyini deyib və göstərilən etimada görə təşəkkür edib. O, gənc baş məşqçi kimi daha çox çalışmalı, özünü inkişaf etdirməli və Türkiyə bayrağının dalğalanmadığı yerlərdə fəaliyyətini davam etdirməli olduğunu vurğulayıb.
“Milli komanda ilə adımın hallanması böyük qürurdur. Müharibə davam edərkən “Şaxtyor”u yarı yolda qoymayacağam”, – deyə Turan Türkiyə millisi ilə bağlı sualı cavablandırarkən bildirib.