Tramp hC999dC999 900x506 2

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmayıb.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Ukrayna ilə bağlı sualları cavablandıran Tramp vurğulayıb ki, Vaşinqton Kiyevə dəstək göstərməkdə davam edir və müharibənin başa çatması üçün həll yolu tapmağa çalışır.

“Biz məlumat mübadiləsini dayandırmamışıq. Onlara kömək etmişik. Hazırda isə müharibənin başa çatması üçün yekun həll yolunun tapılmasına çalışırıq. Biz müharibənin bitməsini istəyirik”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp bir daha bəyan edib ki, Vaşinqton müharibəyə son qoymaq məqsədilə həm Ukrayna, həm də Rusiya ilə işləyir. Hər iki tərəf müharibənin başa çatmasını istəyir, lakin buna necə nail olacağını bilmir.

ABŞ Prezidenti həmçinin Ukraynada “enerji atəşkəsi” ilə bağlı razılaşmaların nəticə verəcəyinə əminliyini ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: