“Fənərbağça”nın sabiq futbolçusuna hücum edildi

semih 1

Türkiyə Milli Futbol Komandası və “Fənərbağça” klubunun keçmiş ulduzu Semih Şəntürk İspaniyanın Barselona şəhərində hücuma məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, futbolçu taksiyə minmək istədiyi zaman soyğunçuluğa məruz qaldığını bildirib.

Məlumata görə, oğru Şəntürkün çantasını almaq istəyib, lakin o, buna mane olub.

Hadisə nəticəsində futbolçunun saatının oğurlandığı bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl “Fənərbağça”ın sabiq futbolçusu Sərhat Akın da hücuma məruz qalmışdı.

Əliyar Xəlil
Globalinfo.az