fridrix merz

“Avropa liderləri və ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı ortaq mövqeyə gəliblər”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“Prezident Trampın sözləri budur: Rusiya bu müharibəni dayandırmalıdır. Mən bunu açıq siqnal hesab edirəm”. Bu fikirlər hamımızda bir ümid yaradır”, – deyə o bildirib.

Kanslerin sözlərinə görə, G7 ölkələrinin bütün liderləri Ukraynaya dəstəyin artırılması və Rusiya üzərində təzyiqin gücləndirilməsi ilə bağlı danışıqların aparılmasının vacibliyini qəbul ediblər.

Merz  bir daha təkrarlayıb ki, Rusiya müharibəni hərbi yolla qazana bilməyəcək:

“ABŞ da getdikcə bu qiymətləndirməyə yaxınlaşır və Avropa ilə birlikdə müharibənin dayandırılması yollarını axtarır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: