Ermənilər Mehrini boşaldır?

“Sünik (Zəngəzur – red.) vilayətinin Mehri rayonunun boşaldılacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Globalinfo.az xəbər verir ki, bunu Mehri icmasının rəhbəri Baqrat Zakaryan qeyd edib.

İcma rəhbəri bu məlumatı yayan şəxsləri dövlətin düşməni adlandırıb:

“Burada hər şey qaydasındadır. Sakinlər gündəlik işləri ilə məşğul olurlar. Bölgənin boşaldığı, dövlət qurumlarının bağlandığına dair yayılan xəbərlər doğru deyil. Ərazinin boşaldılması kimi məlumatlar yayan şəxsləri dövlətimizə, millətimizə, təhlükəsizliyimizə düşmən hesab edirəm. Belə xəbərləri yayanlar məsuliyyətə cəlb olunmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az