Serbiyada məcburi hərbi xidmət yenidən tətbiq olunacaq.
Globalinfo.az xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç bildirib. O qeyd edib ki, 2027-ci ilin mart ayından etibarən məcburi hərbi xidmət bərpa ediləcək.
Yeni qaydalara əsasən, hərbi xidmət müddəti 75 gün təşkil edəcək və əsasən 30 yaşdan aşağı kişiləri əhatə edəcək.
Vuçiç qeyd edib ki, qərarın qüvvəyə minməsindən əvvəl hərbi infrastrukturun hazırlanması, inzibati prosedurların tamamlanması və logistika məsələlərinin həlli istiqamətində işlər görülməlidir.
Serbiya rəhbərliyi hesab edir ki, bu addım ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və Silahlı Qüvvələrin kadr ehtiyatının artırılmasına xidmət edəcək.
Tahir Turan
Globalinfo.az