Maskın anası ona döyüşməyə icazə vermədi

“SpaceX” şirkətinin sahibi İlon Maskın anası Mey Mask oğlunun “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqlə döyüşünü ləğv etdiyini bildirib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Mey Mask bu barədə tviter səhifəsində yazıb.

“Mən bu döyüşü ləğv etmişəm. Amma hələ onların özünə deməmişəm”, – iş adamının anası qeyd edib.

Xatırladaq ki, 2 milyarder bu yaxınlarda hər şeyi “qəfəsdə döyüşərək” həll etmək qərarına gəlmişdilər. “Döyüş” Las-Veqasda baş tutmalı idi.