AES

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bildirib ki, Zaporojye Atom Elektrik Stansiyası bu gün münaqişənin başlanmasından bəri 23-cü dəfə xarici elektrik təchizatından məhrum olub.

Globalinfo.az xəbər verir ki, məlumata görə, stansiyanı enerji ilə təmin edən sonuncu yüksək gərginlikli “Ferrosplavnaya-1” elektrik xətti sıradan çıxıb.

Təxminən iki saat davam edən fasilə zamanı reaktorların soyudulması və digər həyati əhəmiyyətli təhlükəsizlik sistemlərinin işləməsi üçün ehtiyat dizel generatorları işə salınıb.

MAQATE vurğulayıb ki, atom elektrik stansiyasının təhlükəsiz istismarı üçün xarici elektrik təchizatının fasiləsiz təmin edilməsi həyati əhəmiyyət daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: