zaxarova 2 900x605 1

Ermənistan üzvlük haqqını ödəmədiyinə görə KTMT-nin işçi orqanlarında səsvermə hüququndan məhrum edilə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, KTMT Nizamnaməsinin 25-ci maddəsində öhdəliklərini yerinə yetirməyən dövlətə qarşı müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutulur.

Xüsusilə, borc iki il davam edərsə, məbləğ tam ödənilənə qədər Ermənistan öz vətəndaşlarını kvota vəzifələrinə namizəd göstərməkdən, eləcə də işçi orqanlarda səs vermək hüququndan məhrum oluna bilər.

Qeyd edək ki, Ermənistanın KTMT-də çıxması zaman-zaman gündəmə gəlsə də, rəsmi İrəvan bu üzvlüyü yalnız dondurmaqla kifayətlənib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: