“Makron dövlət çevrilişinə hazırlaşır”

Emmanuel Makron dövlət çevrilişinə hazırlaşır.

Globalinfo.az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, bunu fransalı deputat, müxalif “Patriotlar” partiyasının sədri Florian Filippo deyib.

Deputat bu fikirlərini Rişar Ferranın Konstitusiya Şurasına sədr seçilməsi ilə əsaslandırıb.

Onun sözlərinə görə, bu təyinatla Makron hüquqi qadağanı aradan qaldırmaq və növbəti – üçüncü dönəm üçün prezident seçilmək istəyir.

“Onun təyinatı təsadüfi deyil. Makron dövlət çevrilişi etməyə hazırlaşır”, – deyə Filippo əlavə edib.

Qeyd edək ki, Fransa konstitusiyası ardıcıl üçüncü dəfə prezident seçilməyi qadağan edir.

Əliyar Xəlil
Globalinfo.az