rubio 1 900x600 2

“ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatları yenidən başlamaq və ya razılaşma əldə etmək imkanlarını nəzərdən keçirib. Lakin sonda İran rejimini iqtisadi təzyiq vasitəsilə “boğmaq” qərarına gəlib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə G7 ölkələrinin müttəfiqləri ilə görüşü zamanı deyib.

“Axios” nəşri bu məlumatı görüşdə iştirak edən mənbələrə istinadən yayıb.

“Prezidentin cəmi iki seçimi yoxdur. Məsələ yalnız müharibəyə qayıtmaq və ya mənasız sülh sazişi imzalamaqdan ibarət deyil. Biz axmaq bir razılaşmaya getməyəcəyik. Qarşımızda üçüncü variant da var – hazırda etdiyimiz siyasəti davam etdirmək”, – deyə Rubio qeyd edib.

ABŞ dövlət katibi jurnalistlərlə söhbətində İranın razılaşma əldə etməkdə maraqlı olduğunu, lakin Vaşinqtonun Tehranın irəli sürdüyü şərtləri qəbuledilməz hesab etdiyini bildirib.

Rubionun fikrincə, iranlılar ciddi iqtisadi çətinliklərlə üzləşdikdə vəziyyət dəyişə bilər.

“Nəhayət, insan nəsə yeməlidir. Sonda iqtisadi reallıqlar hətta ən qatı dəlilin belə beyninə nüfuz edir. Buna görə də düşünürəm ki, zaman keçdikcə bu, öz təsirini göstərəcək”, – deyə o vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: