Pasinyan 121xerite

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı nazir müavini səviyyəsində qarşılanması erməni siyasi dairələrində müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan bu məqama diqqət çəkərək, Paşinyanın Türkiyənin mədəniyyət və turizm nazirinin müavini tərəfindən qarşılanmasını tənqid edib.

O bildirib ki, dövlət rəhbərinin nazir müavini səviyyəsində qarşılanması ona göstərilən münasibətin və verilən dəyərin hansı səviyyədə olduğunu nümayiş etdirir:

“Bu, həm Türkiyə, həm də onun siyasi mədəniyyəti haqqında çox şey deyir. Lakin bu, Ermənistanın siyasi sinfi və fəaliyyətinin nəticələri haqqında daha çox şey deyir”.

Qeyd: Nikol Paşinyan noyabrın 11-də COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün Türkiyənin Antalyaya işgüzar səfərə gedib. O, Antalya Beynəlxalq Hava Limanında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam tərəfindən qarşılanıb.

Armenian prime minister visits Türkiye for COP31

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: