Estoniya rusiya 900x506 1

“Estoniyanın Rusiya ilə sərhəd yaxınlığında yerləşən Vinski kəndi ölkə hakimiyyətinin regionun hərbiləşdirilməsi siyasəti nəticəsində tank əleyhinə xəndəklərlə əhatə olunub”.

Globalinfo.az xəbər verir ki, bu barədə ERR nəşri məlumat yayıb.

Yerli sakinlər xəndəklərin dərinliyindən narahat olublar. Onlar xəndəklərə yıxılan şəxsin oradan necə çıxacağını, yaxud yağış suları ilə dolacağı təqdirdə nə baş verəcəyini sual ediblər. Kənddə məktəbəqədər yaşda uşaqların da yaşadığını deyən sakin əlavə edib:

“Əlbəttə, ətrafda gölməçələr və çaylar da var, uşaqları onsuz da onlardan qorumaq lazımdır. Lakin burada məsələ narahatlıq doğurdu, çünki xəndəklərin yamacları olduqca dikdir”.

Bildirilir ki, kənd faktiki olaraq qalaya çevrilib və buradan çıxmaq xeyli çətinləşib.

Qeyd edək ki, bu addımın təhlükəsizlik səbəbi ilə atıldığı deyilsə də, ətraflı məlumat verilməyib.

owl detail 620 f8addd337986a1bde98a126f77ae1ae9

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: