Macarıstanın Baş naziri Peter Magyar ölkənin sabiq baş naziri Viktor Orbanla açıq debat keçirməyə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Viktor Orban cəsarət göstərib debata gəlsin. Ya da “Fides” partiyasının deputatları onu açıq canlı debatda iştirak etməyə razı salsın”, – deyə Magyar bildirib.
Onun sözlərinə görə, belə debat Rumıniyanın Baile Tușnad şəhərində keçirilə bilər. Həmin şəhərdə Orbanın mütəmadi qatıldığı siyasi festival təşkil olunur.
Xatırladaq ki, aprelin 12-də keçirilən parlament seçkilərində hakim “Fides” partiyası məğlub olub. Əsas rəqiblər Viktor Orbanın rəhbərlik etdiyi “Fides” və müxalifətdəki “Tisa” partiyasının lideri Peter Magyar idi. Səsvermənin nəticələrinə əsasən, “Tisa” parlamentdə yerlərin üçdə ikisindən çoxunu qazanaraq konstitusiya çoxluğu əldə edib.
Qələbədən sonra Peter Magyar hökuməti istefaya çağırıb. O, hakimiyyətə gəlişi ilə Macarıstanın Avropa İttifaqı və NATO üçün güclü müttəfiq olacağını, həmçinin korrupsiyaya qarşı sərt mübarizə aparacağını vəd edib.
Əliyar Xəlil
Globalinfo.az