lukasenko 0

“Brüssel-Vaşinqton macərası” qələbədən 80 il sonra Yalta sülh müqaviləsini əvəz etdi.

Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda deyib.

O bildirib ki, dünyadakı gərginlik ocaqları birbaşa Qərb rəsmilərinin kabinetlərindən alovlanır.

“Qələbəmizdən 80 il sonra Yalta sülhü Brüssel-Vaşinqton macərası ilə əvəz olundu. Gərginlik ocaqları birbaşa Qərb rəsmilərinin ofislərindən alovlanır. Onlar kompüter oyunlarındakı və ya Hollivud filmlərindəki personajlar kimi insanların həyatı ilə oynayırlar”, – Lukaşenko vurğulayıb.

Əliyar xəlil
Globalinfo.az

Paylaş: