Lavrovun Şuşa açıqlaması aranı qarışdırdı – “Putin həmin döyüşlərdən…”

“Rusiya rəsmiləri Ermənistanın günahkar olduğunu deyirlər, amma açıq şəkildə yalan danışırlar”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş erməni deputat, politoloq Styopa Səfəryan deyib.

O bildirib ki, 2020-ci ildə Nikol Paşinyanın Kremlin müharibənin dayandırılması ilə bağlı təklifini rədd etməsi iddiaları saxtadır.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kreml Ermənistanın Şuşanı itirməsinin qarşısını ala bilərdi, lakin Paşinyan təklifimizi rədd etdi. Bu, doğru deyil. Fərz edək ki, S.Lavrov və onun rəhbəri Vladimir Putin düz deyirlər, oktyabrın 19-da Moskvanın həqiqətən də müharibəni dayandırmaq imkanı olub. Bəs, o zaman bunu niyə etmədilər? Şuşa itirilmədən öncə niyə döyüşləri dayandırmadılar? Bunu bacarırdılarsa, niyə elə sentyabrın 27-dən öncə müharibənin qarşısını almadılar? Deyək ki, Vladimir Putin erməni tarixini bilmir. Sergey Lavrov ki yarırus, yarıermənidir, onun hər şeydən xəbəri vardı”, – S.Səfəryan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az