Baqz Banni

“Warner Bros.” studiyasının məşhur “Looney Tunes” cizgi filmində bir sıra personajları səsləndirən amerikalı aktyor Erik Bauza 46 yaşında dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aktyorun ölümünə hipertenziv ürək xəstəliyi səbəb olub. Onun vəfat etdiyini ailəsi də təsdiqləyib.

1979-cu ildə Kanadanın Toronto şəhərində anadan olan Bauza karyerasına personaj rəssamı kimi başlayıb. Daha sonra dublyaj sahəsinə keçən aktyor qısa müddətdə Hollivudun tanınmış səsləndirmə mütəxəssislərindən birinə çevrilib.

25 illik fəaliyyəti ərzində 400-dən çox layihədə iştirak edən Bauza 2022–2025-ci illərdə müxtəlif seriallardakı işlərinə görə üç dəfə “Emmi” mükafatına layiq görülüb.

Aktyor “Looney Tunes” cizgi filmində Baqs Banni, Daffi Dak, Porki Piqq, Tvit və Silvestr kimi məşhur personajları səsləndirib. Onun səsi, həmçinin “Avatar: Aanq haqqında əfsanə”, “Rik və Morti”, “Çəkməli Pişiyin macəraları” və “Ulduz müharibələri”nin animasiya layihələrində də yer alıb.

Bauza özünəməxsus səsi və geniş yaradıcılıq diapazonu ilə animasiya dünyasında seçilən sənətkarlardan biri hesab olunurdu.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: