260a4c42 8aca 32c7 9e36 4e4af2f82f90 850

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq İ ABŞ ilə münasibətləri və Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Pekində keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.

“Tərəflər həmçinin Birləşmiş Ştatlar ilə münasibətləri və Ukrayna böhranının BMT Nizamnaməsinin prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər”, – məlumatda vurğulanıb.

Görüş zamanı digər aktual mövzulara, o cümlədən İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyətə toxunulub.

Paylaş: