Krımla bağlı gizli müzakirələr aparılır – İlginc iddia

Hökumətlə əlaqələri olan rus və çinli iş adamları Rusiyanı Krımla birləşdirəcək sualtı tunelin tikintisi planları barədə gizli müzakirələr aparıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik orqanlarının məlumat əldə etdiyi bildirilib.

Qeyd edilib ki, hədəf Ukraynadan gələn hücumlardan qorunacaq nəqliyyat marşrutu yaratmaqdır.

“ABŞ rəsmiləri bu planın gerçəkləşməsinə şübhəli yanaşırlar”, – məlumatda vurğulanıb.

Safura Bənnayeva
Globalinfo.az