Niderland Ukraynaya hərbi dəstəyin davamı olaraq 580 milyon avro dəyərində yeni yardım paketi ayıracağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, vəsait iki əsas istiqamət üzrə istifadə olunacaq.
Paket çərçivəsində 250 milyon avro Ukrayna Silahlı Qüvvələri üçün Niderland müdafiə sənayesi tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.
Qalan 330 milyon avro isə PURL təşəbbüsü çərçivəsində ABŞ istehsalı olan silah və hərbi avadanlıqların tədarükünün maliyyələşdirilməsinə sərf olunacaq.
Rəsmi Amsterdam bildirir ki, bu dəstək paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkənin təhlükəsizlik ehtiyaclarının qarşılanmasına xidmət edir.
Tahir Turan
Globalinfo.az