Rusiyadan Zoddakı döyüşlərə İLK REAKSİYA

“Bu gün yaşanan gərginliklə bağlı Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla hər hansı danışıq aparması nəzərdə tutulmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmirti Peskov deyib.

“Nikol Paşinyan Moskvada olarkən Putin artıq onunla danışıb. Azərbaycan tərəfi ilə təmaslar qorunur. Rusiya üçtərəfli sənədlərdə nəzərdə tutulan funksiyaları yerinə yetirməyə davam edir”, –  D.Peskov bildirib.

Qeyd edək ki, Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Nəticədə bir hərbçimiz şəhid olub. Ermənistan tərəfindən isə 4 hərbçinin yaralandığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az