Kosova: Serbiya bu ölkənin tapşırığı ilə Balkanları qarışdırır

Serbiya çalışır ki, Qərbi Balkanlardakı situasiyanı Rusiyanın rəhbərliyi altından destabilizasiya etsin.

Globalinfo.az xəbər verir ki, bunu Kosova daxili işlər naziri Cəlal Şveçla deyib.

“Serbiya Rusiyanın təsiri altında hərbi hazırlıq vəziyyətini artırıb və yeni barrikadların yaradılmasına əmr verib”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Serbiya ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu qərar Serbiya prezidenti tərəfindən Kosovadakı serblərin 18 gün əvvəl Mitroviçada qoyduqları barrikadaları götürməkdən imtina etməsindən sonra verilib.

Gülnar Səlimova
Globalinfo.az