armen

Rusiya tərəfindən Ukraynada döyüşən “Arbat” erməni bartalyonunun qurucusu Armen Sərkisyanın fevral ayında sui-qəsd nəticəsində öldürülməsini əks etdirən görüntülər yayılıb. 

Globalinfo.az xəbər verir ki, hücum anının görüntülərini Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) paylaşıb.

Məlumata görə, qətl kamikadze hücumu nəticəsində törədilib.

Sərkisyan həm də Donest Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti olub. Hücumdan sonra reanimasiyaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Baş verən sui-qəsd hadisəsi RusiyaErmənistan ictimaiyyətində rezonans doğurub.

Hücum anının anbaan görüntülərini təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от Globalinfo.az (@globalinfo_az)

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: