ebola

Demokratik Konqo Respublikasında (DRK) Ebola qızdırmasından ölənlərin sayı 2 476 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DRK Milli İctimai Səhiyyə İnstitutunun gündəlik hesabatında bildirilib. Məlumat Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) son məlumatları ilə də təsdiqlənir.

Hesabata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 5 208-ə yüksəlib.

“Son 24 saat ərzində 103 yeni yoluxma, 35 ölüm və 24 sağalma halı qeydə alınıb. Bununla da epidemiyanın əvvəlindən ümumi yoluxma hallarının sayı 5 208-ə, ölənlərin sayı isə 2 476-ya çatıb”,- deyə hesabatda bildirilir.

Bundan əvvəl 5 021 yoluxma və 2 378 ölüm barədə məlumat verilmişdi.

Qeyd edək ki, hazırkı Ebola epidemiyası DRK tarixində ən ağır epidemiya hesab olunur və Bundibugyo virusundan qaynaqlanır.

Paylaş: