uav operator with remote control stands against background destroyed building with black smoke city concept unmanned technologies modern warfare bombing reconnaissance drone scaled
Bu gün Ukrayna tərəfindən Rusiyanın bir neçə bölgəsindəki aerodromlara FPV tipli dronlarla hücum təşkil olunub.

Globalinfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı həyata keçirilib. Rusiya tərəfi bu hücumu “terror aktı” kimi qiymətləndirib.

Nazirlikdən bildirilib ki, hücum zamanı həyatını itirən olmayıb. Terror aktında iştirak etməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: