kelloq

Kiyev Rusiya ilə münaqişənin siyasi həllinə nail olmaq üçün müəyyən ərazi güzəştlərinə getməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin təhlükəsizlik müşaviri Kit Kelloq deyib.

“Ukrayna rəhbərliyi artıq başa düşür ki, müharibənin sonu yalnız masa arxasında mümkündür. Və bəli, müəyyən ərazilərdən imtina etməyə razıdırlar”, – deyə Kelloq bildirib.

Onun bu açıqlaması Ukrayna tərəfinin uzun müddət sərgilədiyi sərt mövqedən geri çəkilməsi kimi qiymətləndirilir. Rəsmi Kiyev isə hələlik bu bəyanata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulasa da, beynəlxalq vasitəçilər son aylarda danışıqların mümkün variantlarını gündəmə gətirirlər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: