KİV: “Ərdoğan Paşinyanla Zəngəzur dəhlizini müzakirə edəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə bu gün Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş zamanı Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsini müzakirə edəcək.

Qəzetin xəbərinə görə, Türkiyə liderinin erməni Baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir.

Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.