İraq Türkmən Cəbhəsi Partiyasının başçısı, Kərkük millət vəkili Ərşad Saleh Azərbaycana dəstək paylaşımı edib.
Globalinfo.az xəbər verir ki, o, Azərbaycan Ordusunun 24 saatlıq antiterror əməliyyatlarında qazandığını qələbəni “Qarabağ bizimdir, zəfər bizimdir, zəfər Azərbaycanın, zəfər qəhraman Türk millətinindir. Rəsulzadənin də dediyi kimi; “Bir kərə yüksələn bayraq, bir daha enməz. Qutlu olsun!”- sözləri ilə qeyd edib.
Ə.Saleh həmçinin Azərbaycanın İraqdakı səfirliyini ziyarət edib. Səfir Nəsir Məmmədovla Bakı-Kərkük arasında uçuşların ən qısa zamanda həyata keçirilməsi üçün lazım olan addımları da müzakirə etdiyini bildirib.
Ayşən Mustafa
Globalinfo.az