Rusiyada yanacaq çatışmazlığı fonunda Moskvanın təminatına üstünlük verildiyi iddia olunur.
Globalinfo.az xəbər verir ki, “The Moscow Times” qəzetinin məlumatına görə, paytaxtda yanacaq qıtlığının qarşısını almaq məqsədilə benzin ehtiyatları Rusiyanın müxtəlif bölgələrindən Moskvaya göndərilir.
Nəşr yazır ki, bu siyasət nəticəsində bir sıra ucqar regionlarda ciddi yanacaq çatışmazlığı yaranıb. Bildirilir ki, bəzi bölgələrdə yanacağın satışı məhdudlaşdırılıb, yanacaqdoldurma məntəqələrində isə QR kod sistemi tətbiq edilir və ya benzin yalnız tək və cüt günlər üzrə satılır.
Məlumatda qeyd olunur ki, bölgələrdə tətbiq edilən bu məhdudiyyətlər yanacaq ehtiyatlarının sürətlə tükənməsinin qarşısını almaq məqsədi daşıyır.
Tahir Turan
Globalinfo.az