13bb7425 1ce7 3c40 9c4d 1a88c315e9c4 850 768x403 1

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, “Kəpəz” Gəncədə “Turan Tovuz”u qəbul edib. Qərb derbisi qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran meydan sahibləri 9-cu pillədə qalıb. 16 xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”ı 4:2, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Paylaş: