Braziliya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin I turunda Boliviyanı qəbul edib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma “sambaçılar”ın böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.
Komandasının dördüncü və beşinci qollarını vuran Neymar yığmada qol sayını 79-a çatdırıb. Bununla o, 77 dəfə fərqlənən əfsanəvi Peleni geridə qoyaraq Braziliya millisi tarixinin ən yaxşı bombardiri olub.