norvec

İsrailin Oslodakı diplomatik təmsilçisi Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İsrailin Norveç diplomatlarının diplomatik statusunu ləğv etmək qərarına etiraz etmək üçün İsrail səfirliyinin rəsmisi XİN-ə çağırılıb.

Norveç XİN bildirib ki, xarici işlər naziri Espen Barth Eide israilli diplomatla görüşüb və İsrail XİN-in norveçli diplomatlarla bağlı qərarına etirazı onun diqqətinə çatdırıb.

Qeyd olunub ki, hazırda Norveç hökuməti İsrailin qərarına qarşı necə cavab verməyi nəzərdə keçirir.

Paylaş: