6a9f1b5acd9d46a9f1b5acd9d517888121226a9f1b5acd9d26a9f1b5acd9d3 1

“Müşahidələr onu göstərir ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Bu isə paytaxtın küçə və prospektlərində təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni nəqliyyat sıxlığının yaranmasına səbəb olur”.

Globalinfo.az Baku TV-yə istinadla bildirir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov deyib.

O bildirib ki, NİİM-in əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılacaq:

“Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə işıqforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək. Bütün bunları nəzərə alaraq şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar”.

Paylaş: