Yəmənin Marib əyalətində məcburi köçkünlərin yerləşdiyi düşərgəyə raket hücumu edilib.
Globalinfo.az xəbər verir ki, zərbə nəticəsində azı iki nəfər həyatını itirib.
“Əl-Hədət” telekanalının məlumatına görə, hücumun “Ənsar Allah” hərəkatına (husilər) bağlı qüvvələr tərəfindən həyata keçirildiyi bildirilir. Həlak olanların hər ikisinin yeniyetmə olduğu qeyd edilir.
Məlumata əsasən, hücum zamanı bir neçə düşərgə sakini də müxtəlif dərəcəli xəsarətlər alıb. Zərbənin ballistik raketlə endirildiyi bildirilib.
Hökumətin nəzarətində olan Marib əyaləti son aylarda husilərin hücumlarına dəfələrlə məruz qalıb. Tərəflər arasında qarşıdurmanın son dövrlərdə daha da şiddətləndiyi qeyd olunur.
Tahir Turan
Globalinfo.az