Iran Muharib%C9%99d%C9%99 Bel%C9%99 Gucl%C9%99nir Neft Ixraci Rekord Vurdu rasthaber azerbaycan 860x484 1

İran hakimiyyəti güzəştlərə şamil olunmayan benzinin qiymətini iki dəfə artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.

“8 sentyabrdan etibarən üçüncü tarif üzrə benzinin hər litrinin qiyməti 10 min (təxminən 7–9 qəpik) təşkil edir”, – nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunur ki, ilk iki tarif dəyişdirilməyib. Birinci tarif üzrə benzinin qiyməti 1500 tümən (0,01 manat), ikinci tarif üzrə isə 3000 tüməndir (0,02 manat).

Üçüncü tarif limitdən artıq yanacaq üçün tətbiq olunur. Yəni sürücünün yanacaq kartında ilk iki tarif üzrə müəyyən edilmiş limitlər tükəndikdən sonra benzin bu qiymətlə satılır.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın iqtisadi təzyiqlərinə cavab olaraq İran Hörmüz boğazını bağlaya bilər.

İranla yanaşı, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt də neft ixracını bu boğaz vasitəsilə həyata keçirir.

Qeyd olunur ki, neft qiymətlərinin artması ABŞ-a da təsir göstərə bilər. Konqres seçkiləri ərəfəsində benzinin qiymətində hətta cüzi artım belə Respublikaçılar Partiyasının reytinqinə mənfi təsir göstərə bilər.

Daha əvvəl isə Yaxın Şərqdəki vəziyyət fonunda Brent markalı neftin qiyməti kəskin artmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: