ABŞ kəşfiyyatının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevə yaxın 72 saat ərzində genişmiqyaslı raket zərbəsi endirilə bilər.
Globalinfo.az xəbər verir ki, məlumata görə, mümkün hücum zamanı ən azı 30 raketdən istifadə olunacağı gözlənilir.
Xəbərdarlığın ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya, ABŞ və Ukrayna arasında diplomatik proseslə bağlı açıqlamasından qısa müddət sonra yayılması diqqət çəkib.
Uitkoff danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə edildiyini və tərəflər arasında razılaşma üçün imkanların olduğunu bildirib.
Kəşfiyyat məlumatlarının Kiyevdə mümkün hücumla bağlı xəbərdarlıq məqsədi daşıdığı qeyd olunur.
Tahir Turan
Globalinfo.az