8b7a9fdb 4925 4663 8b53 0d350fe94a5f 1

“Zamanında rəqəmsal təhsilin öncüllərindən olan Skandinaviya ölkələrində – söhbət əsasən İsveç və Norveçdən gedir – məktəblərdə artıq bundan geri çəkilərək kağız kitab-dəftəri, ən başlıcası, qələmlə yazma vərdişini yenidən ön plana çıxarırlar”.

Globalinfo.az xəbər verir ki, bunu kulturoloq, bəstəkar Elmir Mirzəyev deyib.

Onun sözlərinə görə, bu, çox doğru qərardır:

“Kiçik yaşlı uşaqlarda qələmlə yazı, oxu, hesablama, və ən başlıcası, diqqəti konsertrasiya edib cəmləmək bacarığını formalaşdırmaq üçün ekranlardan uzaqlaşdırmaq gərəkdir”.

8b7a9fdb 4925 4663 8b53 0d350fe94a5f

Elmir Mirzəyev

Elmir Mirzəyev vurğulayıb ki, bu, konservatizm deyil:

“Məsələ burasındadır ki, ümumilikdə bəşər sivilizasiyasının inkişafında insanın xırda motorika bacarığı, dolayı yolla isə baş və şəhadət barmaqları arasındakı koordinasiya mühüm rol oynayıb. Xırda motorika beynin fəaliyyətini stimullaşdıran ən vacib mexanizmlərdən biridir. Bununsa ən başlıca mühərriri ilk növbədə qələmlə yazı vərdişidir”.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: